​SOCAR prezidenti Salyanda kəndə qazın verilməsi mərasimində iştirak edib

​SOCAR prezidenti Salyanda kəndə qazın verilməsi mərasimində iştirak edib Rövnəq Abdullayev ölkənin qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb
Energetika
28 Avqust , 2015 15:34
​SOCAR prezidenti Salyanda kəndə qazın verilməsi mərasimində iştirak edib

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Salyan rayonunun Abad kəndinə yenidən təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, “Azəriqaz” İstehsalat Birliyi, Salyan rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

SOCAR prezidentinə məlumat verilib ki, Salyan rayonunun 673 abonenti olan Abad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 87 km müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran R.Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb.

R.Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi