SOCAR prezidenti: "Petkim"in səhmlərinin qiyməti səhm bazarında bir neçə dəfə artıb"

SOCAR prezidenti: "Petkim"in səhmlərinin qiyməti səhm bazarında bir neçə dəfə artıb" "Petkim"in səhmləri 1,8 Türkiyə lirəsindən 4,35 Türkiyə lirəsinə qalxıb
Energetika
22 İyul , 2015 14:13
SOCAR prezidenti: Petkimin səhmlərinin qiyməti səhm bazarında bir neçə dəfə artıb

Bakı. 22 iyul. REPORT.AZ/ "Petkim"in səhmlərinin qiyməti səhm bazarında bir neçə dəfə artıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib:

"Bilirsiniz ki, son iki ildə "Petkim"in səhmləri 1,8 Türkiyə lirəsindən 4,35 Türkiyə lirəsinə qalxıb. Ona görə də biz bu səhmlərin bir hissəsini satmaq istəyirik. Bu normal prosesdir. Biz səhmləri 2 Türkiyə lirəsindən almışdıq indi 4,35 türkiyə lirəsinə satırıq". 

O vurğulayıb ki, SOCAR "Petkim"in özünə məxsus olan 51% səhmini satmır: "Biz 10% səhm dövlətdən, bir qismini də bazardan almışdıq. Onları satırıq".

Son xəbərlər

Orphus sistemi