SOCAR prezidenti: "Nümayəndəliklərin fəaliyyətinin dondurulması dekabrda qərara alınıb"

SOCAR prezidenti: "Nümayəndəliklərin fəaliyyətinin dondurulması dekabrda qərara alınıb" Rövnəq Abdullayevin sözlərinə görə, nümayəndəliklərin funksiyaları digər şirkətlərə verilib
Energetika
25 May , 2016 13:16
SOCAR prezidenti: Nümayəndəliklərin fəaliyyətinin dondurulması dekabrda qərara alınıb

Bakı. 25 may. REPORT.AZ/ "Qənaət üçün dekabrda qərar qəbul etdik ki, SOCAR-ın bütün nümayəndəliklərinin işi dondurulsun". “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayevin sözlərinə görə, xaricdəki nümayəndəliklərin funksiyaları digər şirkətlərə verilib: “Nümayəndəliklərin nümayəndəlik funksiyalarını Bakıya və yaxında olan 100%-lik şirkətlərimizə verilib. Bütün şirkətlər kimi biz də maliyyə məsələləri ilə bağlı bu addımı atdıq”.

Son xəbərlər

Orphus sistemi