​SOCAR prezidenti İraqda səfərdə olub

​SOCAR prezidenti İraqda səfərdə olub R.Abdullayev İraqın neft naziri A.əbd əl-Məhdini Azərbaycana səfərə dəvət edib
Energetika
13 Aprel , 2015 15:08
​SOCAR prezidenti İraqda səfərdə olub

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bağdad şəhərində (İraq) səfərdə olub. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində R.Abdullayevlə İraqın neft naziri Adil əbd əl-Məhdi arasında görüş keçirilib. İraqın dövlət neft strukturları rəhbərlərinin də iştirak etdiyi görüşdə İraq-Azərbaycan münasibətlərindən danışılıb, iki ölkənin neft-qaz sahəsində əməkdaşlığının tarixi kökləri haqqında fikirlər müzakirə edilib. Vaxtilə İraq üçün neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlandığı qeyd olunub.

SOCAR prezidenti R.Abdullayev şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricindəki aktivləri haqqında ətraflı məlumat verib.

Görüşdə neft və qaz sahəsində Azərbaycanla İraq arasında mümkün əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub. SOCAR prezidenti İraqın neft naziri A.əbd əl-Məhdini Azərbaycana səfərə dəvət edib.

İngilis versiyası SOCAR President visited Iraq

Son xəbərlər

Orphus sistemi