​SOCAR prezidenti: "İranın gələcəkdə TANAP və TAP layihələrində iştirakı mümkündür"

​SOCAR prezidenti: "İranın gələcəkdə TANAP və TAP layihələrində iştirakı mümkündür" "TANAP genişlənə bilən boru xəttidir"
Energetika
19 İyul , 2015 22:16
​SOCAR prezidenti: İranın gələcəkdə TANAP və TAP layihələrində iştirakı mümkündür

Bakı. 19 iyul. REPORT.AZ/ "Bilirsiniz ki, hazırda Türkiyə TANAP layihəsinin tikinti mərhələsindədir. 2018-ci ilin birinci yarısında bu kəmərlə ilk qazın verilişinə nail olacağıq". "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ANS-ə müsahibəsində deyib.

R.Abdullayev gələcəkdə İran və İraq qazının TANAP-la Avropaya çıxarılmasının mümkün olduğunu vurğulayıb: "TANAP genişlənə bilən boru xəttidir. Bu baxımdan gələcəkdə İran və İraqın da qazı bu boru xətti ilə daşınıb Avropaya ötürülə bilər".

Son xəbərlər

Orphus sistemi