​SOCAR Ployeşti Neft-Qaz Universitetində yubiley tədbirində iştirak edib

​SOCAR Ployeşti Neft-Qaz Universitetində yubiley tədbirində iştirak edib Azərbaycan Prezidenti İlham Əliyev Ployeşti Neft-Qaz Universitetinin Fəxri Doktorudur
Energetika
8 İyun , 2015 13:38
​SOCAR Ployeşti Neft-Qaz Universitetində yubiley tədbirində iştirak edib

Bakı. 8 iyun. REPORT.AZ/ Rumıniyanın neft paytaxtı kimi tanınmış Ployeşti şəhərindəki Neft-Qaz Universitetində “Mexanika və elektrik mühəndisliyi” fakültəsinin 65 illiyinə həsr edilmiş simpozium keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

“Mexanika və elektrik mühəndisliyi fakültəsi - 65 ilin ənənəsi, peşəkarlıq, nailiyyət” mövzusunda keçirilən simpoziumda Rumıniya İqtisadiyyat Nazirliyi və SOCAR-ın bu ölkədəki nümayəndəliyinin əməkdaşları, diplomatlar, neft-qaz sahəsində çalışan ekspertlər iştirak ediblər. Fakültənin dekanı Mixail Minesku qonaqları salamlayaraq 65 illik inkişaf yolundan danışıb. Ployeşti Neft-Qaz Universitetinin rektoru Mixay Pasku Coloja çıxışında yubiley münasibətilə fakültənin professor, müəllim və tələbə heyətini təbrik edib, ali təhsil ocağının ABŞ, Rusiya, Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxıstan, Türkmənistan, Misir və digər ölkələrin neft-qaz universitetləri ilə uğurla əməkdaşlıq etdiyini bildirib.

Sonra fakültənin yaradılmasının 65 illiyinə həsr olunmuş videoslayd nümayiş olunub, fakültənin yaradılmasında rolu olan professorlar haqqında qısa məlumat verilib. Çıxış edənlər fakültənin məzunlarının Rumıniya, eləcə də bir çox ölkələrin energetika sahəsinin inkişafına öz töhfələrini verdiklərini vurğulayıblar. Sonda tədbir iştirakçıları universitetdə fəaliyyət göstərən laboratoriyalara baş çəkib, tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ployeşti Neft-Qaz Universitetinin Fəxri Doktorudur.

Son xəbərlər

Orphus sistemi