​SOCAR "Petkim"in səhmlərinin satışını ləğv edib

​SOCAR "Petkim"in səhmlərinin satışını ləğv edib Qarşıdakı dövrdə məsələnin yenidən dəyərləndiriləcəyi gözlənilir
Energetika
8 İyun , 2015 13:57
​SOCAR Petkimin səhmlərinin satışını ləğv edib

Bakı. 8 iyun. REPORT.AZ/ "SOCAR Turkey" şirkəti maliyyə bazarlarındakı qeyri-müəyyənliklər səbəbindən "Petkim Holding"in səhmlərinin satılması təklifini ləğv edib. "Report"un verdiyi xəbərə görə, bununla bağlı İstanbul Fond Birjasının xəbər platforması məlumat yayıb.

"Petkim Petrokimya Holding A.Ş." hissələrinin 1,6%-nin iyunun 8-də "BCM Global Fund" MMC-yə satılacağı ilə bağlı iyunun 5-də elan verilib.

Bazarlardakı qeyri-müəyyənlik səbəbindən tərəflərin istəyi ilə alqı-satqı əməliyyatı ləğv edilib. "Qarşıdakı dövrdə məsələnin yenidən dəyərləndiriləcəyini bəyan edirik", - xəbərdə vurğulanır.

Qeyd edək ki, SOCAR-ın "Petkim"də payı 61,32%-dir. Şirkətin potensial investora satmaq istədiyi 1,6%-lik pay 16 mln. səhm, onun nominal üzrə ümumi dəyəri 16 mln. lirə (TRY) təşkil edir. Satışa çıxarılan səhm paketinin hər səhm 4 lirə olmaqla 64 mln. lirəyə satılması planlaşdırılırdı. Ötən gün Türkiyədə keçirilən parlament seçkilərinin ilkin nəticələri fonunda ölkədə dolların məzənnəsi 7% artıb. 

Son xəbərlər

Orphus sistemi