SOCAR Novorossiysk limanından neft ixracını 36% artırıb

SOCAR Novorossiysk limanından neft ixracını 36% artırıb Azərbaycan Dövlət Neft Şirkəti ötən il ərzində limandan 1,27 mln. ton neft ixrac edib
Energetika
5 Yanvar , 2016 17:16
SOCAR Novorossiysk limanından neft ixracını 36% artırıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci il ərzində Novorossiysk limanından (Qara dəniz, Rusiya) 1 270 108 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, ötən ilin və əvvəlki ilin dekabr ayında bu limandan xam neft ixrac edilməyib.

Buna baxmayaraq, ötən il Novorossiysk limanından ixrac olunan xam neftin həcmi 2014-cü ildəki göstəricidən 36% artıq olub.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Qara dəniz limanına Bakı-Novorossiysk boru kəməri vasitəsilə Rusiya ərazisindən keçməklə nəql olunur. Bu kəmərin ümumi uzunluğu 1 330 km-dir və kəmərlə ilk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi