Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci il ərzində 6 871,1 mln. kubmetr həcmində təbii qaz hasil edib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən il qaz hasilatı 2014-cü ilə nisbətən 4,86% azalıb.
Ötən il hasil olunan qazın 548 mln. kubmetri dekabr ayının payına düşüb. Ötən ilin dekabr ayında hasil olunan qazın həcmi 2014-cü ilin dekabr ayından 4,11% az olub.