SOCAR ötən ay Supsa limanından 169 min ton neft ixrac edib

SOCAR ötən ay Supsa limanından 169 min ton neft ixrac edib Yanvar-fevral ayları ərzində Supsa limanından 423,3 min ton xam neft ixrac olunub
Energetika
1 Mart , 2016 17:55
SOCAR ötən ay Supsa limanından 169 min ton neft ixrac edib

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin fevral ayında Supsa limanından (Qara dəniz, Gürcüstan) 169 215 ton xam neft ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin fevral ayından 33% az olub.

Ümümilikdə, yanvar-fevral ayları ərzində Supsa limanından 423 264 ton xam neft ixrac olunub ki, bu da 2015-ci ilin iki ayından 16,7% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Son xəbərlər

Orphus sistemi