SOCAR: Misir zavodlarında iştirakla bağlı məsələlər müzakirə olunub

SOCAR: Misir zavodlarında iştirakla bağlı məsələlər müzakirə olunub Rövnəq Abdullayev: "Misirin böyük neft və neft məhsulları bazarı var"
Energetika
10 Noyabr , 2015 13:03
SOCAR: Misir zavodlarında iştirakla bağlı məsələlər müzakirə olunub

Bakı. 10 noyabr. REPORT.AZ/ Misir neft və neft məhsullarının istehlakı baxımından böyük bazardır və bu bazar hazırda yaxşı inkişaf gedir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ölkəni böyük həcmdə xam neft və neft məhsulları ilə təmin edir. 

"Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdulllayev jurnalistlərə Misirdə keçirdiyi görüşlər barədə məlumat verərkən bildirib: "Misirə 1 mln. tondan yuxarı təminat gedir".

R.Avdullayev görüşdə Misir zavodlarında Azərbaycan tərəfinin mümkün iştirakı ilə bağlı məsələlərin də müzakirə olunduğunu vurğulayıb: "İndi daha geniş miqyasda müzakirələr aparırıq. Bizim Misir zavodlarında, orada emal prosesində iştirakımız və digər bir çox məsələ müzakirə olunur".

Qeyd edək ki, dünən Misirdə səfərdə olan SOCAR prezidenti R.Abdullayev Qahirədə bu ölkənin baş naziri İsmayıl Şəriflə görüşüb. Görüşdə Misirin EGPC (Egyptian General Petroleum Corporation) şirkətinin rəhbəri Mühəmməd əl Məsri və Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev də iştirak ediblər. SOCAR prezidenti Misirdə əməkdaşlıq imkanlarına maraq göstərildiyini də ifadə edib.

Misirin neft-qaz sənayesində investisiya imkanlarının geniş olduğunu qeyd edən İ.Şərif SOCAR-ı bu imkanları dəyərləndirməyə dəvət edib və Misir dövlətinin SOCAR-ın bu ölkədəki işgüzar fəaliyyətini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi