Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mazutun alınmasına dair tender elan edib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda bazarda mazut qazdan daha ucuzdur: "Mazut ucuz olduqca, biz onu almaqda davam edəcəyik. Hazırda biz qazı anbarlara, AÇG və digər yataqlara vururuq. Bu, bir kommersiya məqsədidir".