​SOCAR-ın xalis mənfəəti 30% artıb

​SOCAR-ın xalis mənfəəti 30% artıb Ötən il SOCAR-ın uzunmüddətli aktivləri 7% artıb
Energetika
1 İyul , 2015 14:00
​SOCAR-ın xalis mənfəəti 30% artıb

Bakı. 1 iyul. REPORT.AZ/ Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xalis mənfəəti 1 274 mln. manat təşkil edib. "Report"un məlumatına görə, bu da 2013-cü ilin analoji göstəricisindən 30,4% çoxdur.

Məlumata görə, 2014-cü ildə SOCAR-ın gəlirləri illik müqayisədə 3,2% artaraq 39 674 mln. manat təşkil edib.

Hesabat ilində şirkət əməliyyat fəaliyyətindən 1 798 mln. manat mənfəət əldə edib ki, bu da 8,9% artım deməkdir. Ötən il şirkətin dövlət büdcəsinə mənfəət vergisi üzrə ayırmaları 4,7% artaraq 465 mln. manat təşkil edib.

Ötən il SOCAR-ın aktivləri 4,4% artaraq 24 067 mln. manat olub. Bununla yanaşı, uzunmüddətli aktivlərdə 7,2% artım müşahidə edilib və 16 269 mln. manat təşkil edib. Əksinə, qısamüddətli aktivlərdə 0,9% azalma müşahidə edilib və nəticədə bu aktivlərin həcmi 7 798 mln. manata düşüb.

Keçən il Dövlən Neft Şirkətinin kapitalında 8,1% artım olub və 11 057 mln. manata çatıb. Bununla yanaşı, şirkətin nizamnamə kapitalı 13,7% artıb və 1 496 mln. manat olub, həmçinin bölüşdürülməmiş ümumi mənfəət 10,5% artaraq 8 348 mln. manata çatıb.

Təhlil olunan dövrə şirkətin öhdəlikləri 1,5% artıb və 13 010 mln. manat olub. Cari ilin əvvəlinə SOCAR-ın uzunmüddətli öhdəliklərində 24,7% artım qeydə alınıb və 6 119 mln. manat, cari öhdəliklərində isə 12,9% azala müşahdə edilib və 6 891 mln. manat təşkil edib.

Xatırladaq ki, SOCAR-ın 2014-cü ildəki maliyyə fəaliyyətinin BMHS üzrə auditini “Ernst & Young” şirkəti aparıb.

Son xəbərlər

Orphus sistemi