​SOCAR-ın vitse-prezidenti Tullantı Mərkəzinin tikinti sahəsində olub

​SOCAR-ın vitse-prezidenti Tullantı Mərkəzinin tikinti sahəsində olub Müəssisənin tam qüvvə ilə sentyabr ayında işə başlaması planlaşdırılır
Energetika
18 Fevral , 2016 12:58
​SOCAR-ın vitse-prezidenti Tullantı Mərkəzinin tikinti sahəsində olub

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə SOCAR və BP-nin Tullantı Mərkəzinin genişləndirilməsi üzrə birgə layihəsi çərçivəsində aparılan işlərin gedişi ilə tanış olmaq üçün Mərkəzin tikinti ərazisində olub. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

R.Hüseynzadə tikintiyə baxış keçirib və ona bildirilib ki, layihə çərçivəsində Mərkəzin ərazisi genişləndirilib, müxtəlif növ istehsalat tullantılarının qəbulu və saxlanılması üçün müvafiq şərait yaradılıb.

Həmçinin, qurğuların Mərkəzdə quraşdırılması məqsədilə beton özüllər artıq inşa edilib. Mərkəz ərazisində “Econ Industries GmbH.” şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq bu şirkətin “VacuDry” qazma şlamı emal edən iki ədəd qurğusunun quraşdırılmasına başlanılıb. Müəssisənin tam qüvvə ilə işə başlaması cari ilin sentyabr ayına planlaşdırılır.

Mərkəzdə işlərin gedişi ilə tanış olduqdan sonra R.Hüseynzadə layihə icraçılarına tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi