​SOCAR Dünya Bankının “GGFR” təşəbbüsünün rəhbər komitəsinin iclasına qatılıb

​SOCAR Dünya Bankının “GGFR” təşəbbüsünün rəhbər komitəsinin iclasına qatılıb Tədbir iştirakçıları SOCAR-ın ətraf mühitin qorunması sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər
Energetika
5 İyul , 2016 12:45
​SOCAR Dünya Bankının “GGFR” təşəbbüsünün rəhbər komitəsinin iclasına qatılıb

Bakı. 5 iyul. REPORT. AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCARekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Londonda Dünya Bankının “GGFR” təşəbbüsünün rəhbər komitəsinin iclasında iştirak edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, tədbirdə dünya neft sənayesinin qabaqcıl şirkətləri, beynəlxalq maliyyə qurumları, fond və bankların rəhbərləri iştirak ediblər. R.Hüseynzadə çıxışında SOCAR-ın ətraf mühit, ekologiya və qlobal istiləşməyə mənfi təsirlərin azaldılması istiqamətində gördüyü işlər haqqında geniş məlumat verib, bu sahədə SOCAR ilə Dünya Bankının əməkdaşlığını xüsusi qeyd edib. Tədbir iştirakçıları SOCAR-ın ətraf mühitin qorunması sahəsində gördüyü işləri yüksək qiymətləndiriblər. İclasda SOCAR-ın GGFR təşəbbüsünə ilk qoşulan şirkətlərdən biri olması xüsusi vurğulanıb, digər ölkə və şirkətlərə də müsbət misal olduğu qeyd edilib.

Tədbir qruplarda görüşlər formatında davam etdirilib.

Son xəbərlər

Orphus sistemi