SOCAR-ın Türkiyədəki neft emalı zavodunda işlərin yarısı tamamlanıb

SOCAR-ın Türkiyədəki neft emalı zavodunda işlərin yarısı tamamlanıb "Star" zavodunun avadanlıqlarını daşıyan ilk gəmi yüklərini boşaldıb
Energetika
21 Dekabr , 2015 11:36
SOCAR-ın Türkiyədəki neft emalı zavodunda işlərin yarısı tamamlanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Türkiyənin İzmir şəhəri yaxınlığında, Petkim yarımadasında inşa olunan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Star" neft emalı zavodunda işlərin 48%-i görülüb. "Report" xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey" şirkətinin baş icraçı direktoru Kənan Yavuz bildirib.

O qeyd edib ki, "Star" zavodunun avadanlıqlarını daşıyan ilk gəmi limana yüklərini boşaldıb.

K.Yavuz artıq avadanlıqların montajına başlandığını bildirib: "Real sektorda son 40 ilin ən böyük sərmayəsi olan zavod 2018-ci ildə istehsala başlayacaq".

Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsilə Türkiyədə fəaliyyətə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir.

"Star" neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodda ildə 10 mln. ton xam neft emalı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi