​SOCAR-ın Tullantıların idarə edilməsi Mərkəzində beynəlxalq kurs təşkil olunub

​SOCAR-ın Tullantıların idarə edilməsi Mərkəzində beynəlxalq kurs təşkil olunub Təlimin sonunda keçiriləcək nəzəri və praktiki imtahanı müvəffəqiyyətlə verən dinləyicilərə sertifikatlar veriləcək
Energetika
2 Avqust , 2016 19:23
​SOCAR-ın Tullantıların idarə edilməsi Mərkəzində beynəlxalq kurs təşkil olunub

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin Tullantıların idarə edilməsi Mərkəzində qazma şlamının emalı üçün nəzərdə tutulmuş 2 ədəd "VacuDry" qurğusunun quraşdırılması işləri başa çatdırılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Təlim, tədris və sertifikatlaşdırma İdarəsinin rəhbərliyi altında “Ekon” şirkətinin sahə üzrə rəhbəri Yurgen Savatski və digər mütəxəssisləri tərəfindən qurğularda çalışacaq işçi personal üçün "VacuDry" qurğularının istismar edilməsi" üzrə nəzəri və praktiki təlimlərin keçirilməsinə başlanıb. 

Kursda dinləyicilərə 8 modul üzrə təlimlər keçiriləcək, "VacuDry" texnologiyasının əsasları, qurğunun kabellənməsi, elektrik quraşdırılması işinə nəzarət, qurğuya texniki xidmət məsələləri, habelə buxarlanma, rondensasiya, soyutma, sıxılmış hava-azot qurğuları və.s. mövzular tədris olunacaq. Təlimin sonunda keçiriləcək nəzəri və praktiki imtahanı müvəffəqiyyətlə verən dinləyicilərə sertifikatlar təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi