SOCAR-ın təsdiq olunmuş neft ehtiyatları ​2015-ci ildə artıb

SOCAR-ın təsdiq olunmuş neft ehtiyatları ​2015-ci ildə artıb Şirkətin təsdiq olunmuş qaz ehtiyatları 0,1%, neft ehtiyatları isə 3%-dən çox artıb
Energetika
3 Avqust , 2016 10:38
SOCAR-ın təsdiq olunmuş neft ehtiyatları ​2015-ci ildə artıb

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş neft ehtiyatlarının həcmi 2014-cü illə müqayisədə 3,2% artaraq 2015-ci ilin sonuna 74,336 mln. ton təşkil edib.

"Report" xəbər verir ki, bu barədə şirkətin "Davamlı inkişaf haqqında" hesabatında qeyd olunub.

Hesabat dövründə şirkətin təsdiq olunmuş qaz ehtiyatları da əvvəlki illə müqayisədə 0,08% artaraq 55,002 mlrd. kubmetr təşkil edib.

Hesabata əsasən, ötən il SOCAR 8 160,6 min ton neft hasil edib. Bunun 6 777,8 min tonu “Azneft” İstehsalat Birliyinə, 1 382,8 min tonu isə şirkətin payçı olduğu yataqların payına düşür. İl ərzində quru və dəniz sahələrində ümumilikdə 80 quyu istismara təhvil verilib.

Ötən il ərzində SOCAR üzrə ümumilikdə 6 871,5 mln. kubmetr təbii qaz hasilatı həyata keçirilib. İl ərzində 10 288,4 mln. kubmetr təbii qaz nəql edilib ki, bundan daxili bazarın tələbatını ödəmək üçün satılan və nəql olunan təbii qazın həcmi 8 869,6 mln. kubmetr təşkil edib, xarici bazara isə 1 418,8 mln. kubmetr göndərilib.

Son xəbərlər

Orphus sistemi