SOCAR-ın qışda Gürcüstana qaz ixracının artırılmasına dair razılıq əldə edilib

SOCAR-ın qışda Gürcüstana qaz ixracının artırılmasına dair razılıq əldə edilib Qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 mln. kubmetr artırılacaq
Energetika
29 Yanvar , 2016 13:28
SOCAR-ın qışda Gürcüstana qaz ixracının artırılmasına dair razılıq əldə edilib

Bakı. 29 yanvar.REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstana təbii qaz tədarükünün optimallaşdırılması məqsədilə qarşı tərəfin müraciəti əsasında “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri konsorsiumlarının iştirakçıları ilə danışıqlar aparıb.

"Report"a SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, “Şahdəniz” yatağından Gürcüstana qaz ixracı haqqında müvafiq müqavilələrdə müəyyən olunmuş mövsümlə bağlı məhdudiyyətlərin yenidən nəzərdən keçirilməsi barədə razılıq əldə edilib.

Razılığa əsasən, qış dövründə Gürcüstana qaz tədarükü minimum 50 mln. kubmetr artırılacaq.

"Gürcüstan tərəfinin müraciətinin dəstəklənməsi Azərbaycan və Gürcüstan arasında mehriban qonşuluq münasibətlərinin mövcudluğunu bir daha sübut edir və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də möhkəmləndirilməsi və inkişafı üçün əsas yaradır", - deyə SOCAR-ın məlumatında qeyd olunub.

Son xəbərlər

Orphus sistemi