SOCAR-ın Qaz İxrac İdarəsində əməyin mühafizəsinə dair iclas keçirilib

SOCAR-ın Qaz İxrac İdarəsində əməyin mühafizəsinə dair iclas keçirilib Ötən il İdarə 91 ton təhlükəli tullantı təhvil verib
Energetika
20 Fevral , 2015 18:52
SOCAR-ın Qaz İxrac İdarəsində əməyin mühafizəsinə dair iclas keçirilib

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsində əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya sahələri üzrə görülmüş işlərin hesabatı və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, əməyin mühafizəsi üzrə idarə rəisinin müavini Sarxan Babaşov və təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi şöbəsinin rəisi Əmrah İbrahimov bildiriblər ki, İdarədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları Azərbaycanın qanunları, normatıv hüquqi aktlar, ISO:9001, ISO:14001 və OHSAS:18001 beynəlxalq standartların tələblərinə uyğun yerinə yetirilib. Ötən il ərzində İdarənin bütün işçiləri xüsusi geyim, ayaqqabı, qoruyucu və mühafizə vasitələri ilə təmin olunub, onlardan istifadə qaydalarına və saxlanmasına daimi nəzarət edilib. İdarədə sağlamlığın qorunması və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə əməkdaşlar vaxtaşırı tibbi müayinədən keçirilib və tibbi sığorta edilib. İl ərzində 277 nəfər işçinin əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair bilikləri yoxlanılıb.

Əmək şəraitinin normallaşdırılması məqsədilə magistral qaz kəmərləri sahələrinin inzibati binalarında və qazpaylayıcı stansiyalarda əsaslı təmir və tikinti işləri aparılıb.

Fəaliyyət prosesində yaranan təhlükənin qarşısını almaq məqsədilə “Risk və ekoloji aspekt”lər müəyyən edilib və tədbirlər nəticəsində qəbul edilə bilən həddə endirilib. Belə ki, müasir tullantı qabları alınıb və müvafiq müqavilələr əsasında tullantılar çeşidlənərək aidiyyatı üzrə təhvil verilib. 2014-cü il ərzində 272 ton bərk məişət tullantısı, 90,6 ton təhlükəli, 6 544 ton aztəhlükəli tullantı təhvil verilib. İdarə üzrə yaşıllaşdırma və abadlıq işlərinin davamı olaraq 12166 ədəd ağac və gül kolları əkilib. 

Son xəbərlər

Orphus sistemi