SOCAR-ın Metanol zavodunda audit keçirilib

SOCAR-ın Metanol zavodunda audit keçirilib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrinin fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq, müvafiq olaraq sertifikatlaşdırma proqramını təmin etmək məqsədilə növbəti audit Metanol zavodunda keçirilib.
Energetika
22 Sentyabr , 2021 17:25
SOCAR-ın Metanol zavodunda audit keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) struktur bölmələrinin fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq, müvafiq olaraq sertifikatlaşdırma proqramını təmin etmək məqsədilə növbəti audit Metanol zavodunda keçirilib.

Bu barədə “Report"a SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsindən məlumat verilib.

Məlumata görə, idarənin mütəxəssislər qrupunun keçirdiyi audit zamanı zavodda ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 50001:2018 standartlarının tələblərinə uyğun qurulmuş idarəetmə sistemlərinə baxış keçirilib.

Metanol məhsulunun istehsalı prosesini izləyən mütəxəssislər məhsulun uyğunluğunun təmin edilməsi üzrə analizlərin aparıldığı Mərkəzi Laboratoriyanın akkreditasiya sənədləri ilə də yaxından tanış olub, sistemlərin inkişafına xidmət edəcək təklifləri qarşı tərəfin diqqətinə çatdırıblar.

Son xəbərlər

Orphus sistemi