Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2015-ci ilin may ayında dövlət büdcəsinə 132 milyon 96 min manat vəsait ödənilib. "Report"un
Bundan əlavə, cari ilin may ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 248 min manat vəsait köçürüb və ötən ilin may ayı ilə müqayisədə bu rəqəm 84 min manat, yaxud 0,75% çoxdur.
2015-ci ilin yanvar-may aylarında büdcəyə 605 milyon 42 min manat vəsait ödənilib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 217 milyon 616 min manat, yaxud 26,47% azdır.
2015-ci ilin yanvar-may aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 57 milyon 842 min manat təşkil edib.