SOCAR-ın işçiləri üçün beynəlxalq kurs təşkil olunub

SOCAR-ın işçiləri üçün beynəlxalq kurs təşkil olunub Kurs Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində keçirilib
Energetika
7 İyun , 2016 15:47
SOCAR-ın işçiləri üçün beynəlxalq kurs təşkil olunub

Bakı. 7 iyun. REPORT.AZ/ İyunun 3-7-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində şirkətin ayrı-ayrı idarə və təşkilatlarından dəvət olunmuş 11 nəfərdən ibarət qrup üçün OHSAS:18001 (əməyin mühafizəsi və təhlükəsizlik texnikası) beynəlxalq standartı üzrə kurs təşkil olunub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, kurs müddətində iştirakçılara standarta uyğun idarəetmə sistemi haqqında məlumat verilib. Bildirilib ki, standartın tətbiqi milli qanunvericilik aktlarına və normativ sənədlərə əsaslanaraq müəssisə üzrə bütün növ risklər müəyyən edilməklə qiymətləndirilməsi, onların idarə olunması, əməyin mühafizəsi sahəsində təhlükələrin və risklərin təhlili və minimuma endirilməsi, eləcə də əmək şəraitinin qiymətləndirilməsinə istiqamətlənib. 

Kursun sonunda müvafiq imtahanı müvəffəqiyyətlə verən dinləyicilərə sertifikatlar təqdim olunacaq və onlar öz müəssisələrində OHSAS:18001 standartının tətbiq olunmasında fəal iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi