SOCAR-ın idarə və müəssisələrində 20 Yanvar şəhidləri anılıb

SOCAR-ın idarə və müəssisələrində 20 Yanvar şəhidləri anılıb "Azərikimya" İB və Ekologiya İdarəsi anım tədbirləri keçirib
Energetika
19 Yanvar , 2016 17:02
SOCAR-ın idarə və müəssisələrində 20 Yanvar şəhidləri anılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ 20 Yanvar - Ümumxalq Hüzn Gününün 26-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarə və müəssisələrində silsilə tədbirlər keçirilir.

"Report" SOCAR-a istinadən xəbər verir ki, "Azərikimya" İstehsalat Birliyinin akt zalında 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Anım mərasimində "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi öz torpaqlarının müdafiəsinə qalxmış, milli ayrı-seçkiliyə və ədalətsizliyə qarşı haqq səsini ucaltmış, bunun müqabilində amansız düşmənlə üz-üzə qalmış dinc insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixidir.

Natiq Azərbaycanın azadlığı və torpaqlarının müdafiəsi uğrunda canlarını qurban vermiş şəxslərin ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, şəhidlərin xatirəsinin xalqın qəlbində daim yaşayacağına əminliyini ifadə edib. Çıxış edən natiqlər tarixə “Qanlı şənbə gecəsi” kimi həkk olunmuş 20 Yanvar faciəsinin Azərbaycana qarşı cinayət aksiyası və insanlığa qarşı törədilmiş zorakılıq faktı olduğunu qeyd ediblər. Anım tədbirində 20 Yanvar faciəsi ilə bağlı çəkilmiş sənədli film nümayiş olunub.

20 Yanvar şəhidləri Ekologiya İdarəsində keçirilmiş tədbirdə də anılıb. Şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra Ekologiya İdarəsinin baş mühəndisi Y.Ağasiyev Sovet rejiminin Azərbaycana qarşı yönəlmiş hərbi-siyasi irticası haqqında məlumat verib. Ümummilli lider Heydər Əliyevin 20 Yanvar aksiyasını qətiyyətlə pislədiyi və 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qanlı yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi