SOCAR ilə Türkiyə Odalar və Borsalar Birliyi arasında müqavilə imzalanıb

SOCAR ilə Türkiyə Odalar və Borsalar Birliyi arasında müqavilə imzalanıb Müqaviləni SOCAR prezidenti Rövnəq Abdullayev və TOBB prezidenti Rifat Hisarçıklıoğlu imzalayıblar
Energetika
12 May , 2015 16:17
SOCAR ilə Türkiyə Odalar və Borsalar Birliyi arasında müqavilə imzalanıb

Bakı. 12 may. REPORT.AZ/ Bakıda keçirilən "B20 Azərbaycan regional məsləhət forumu" çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Report" xəbər verir ki, müqaviləni SOCAR prezidenti Rövnəq Abdullayev və TOBB prezidenti Rifat Hisarçıklıoğlu imzalayıblar.

İmzalanmadan sonra açıqlama verən R.Hisarçıklıoğlu deyib ki, bu, SOCAR-la B20 arasında strateji əmkdaşlıq sazişidir: "SOCAR bir dünya markası idi. Bundan sonra SOCAR daha da geniş alanda tanınacaq".

Son xəbərlər

Orphus sistemi