SOCAR I yarımillikdə 1,3 mlrd. kubmetr səmt qazı alıb

SOCAR I yarımillikdə 1,3 mlrd. kubmetr səmt qazı alıb SOCAR-a verilən səmt qazının həcmi ötən ilin müvafiq dövründən 38% az olub
Energetika
22 Avqust , 2016 14:34
SOCAR I yarımillikdə 1,3 mlrd. kubmetr səmt qazı alıb

Bakı. 22 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 7,2 mln. kubmetr, ümumilikdə isə 1,31 mlrd. kubmetr səmt qazı verilib.

"Report" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatında qeyd olunub.

Hesabat dövründə SOCAR-a verilən səmt qazının həcmi ötən ilin müvafiq dövründən 37,6% az olub: "Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub".

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir.

AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) iştirak payına malikdir.

Son xəbərlər

Orphus sistemi