​SOCAR İranla marketinq sahəsində də əməkdaşlıq edə bilər

​SOCAR İranla marketinq sahəsində də əməkdaşlıq edə bilər SOCAR İranla əməkdaşlığı yüksək qiymətləndirir
Energetika
4 Noyabr , 2015 16:12
​SOCAR İranla marketinq sahəsində də əməkdaşlıq edə bilər

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İranla əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində bildirib.

O qeyd edib ki, SOCAR bu ölkə ilə əməkdaşlıqda maraqlıdır: "Bu əməkdaşlığa həm də marketinq sahəsində əməkdaşlıq da daxil edilə bilər".

"Bu ölkə ilə əməkdaşlığımıza heç bir əngəl yoxdur", - V.Bəylərbəyov deyib.

Son xəbərlər

Orphus sistemi