​SOCAR İranda beynəlxalq sərgidə iştirak edib

​SOCAR İranda beynəlxalq sərgidə iştirak edib SOCAR-ın stendi iştirakçılar arasında maraq doğurub
Energetika
8 May , 2015 19:21
​SOCAR İranda beynəlxalq sərgidə iştirak edib

Bakı. 8 may. REPORT.AZ/ SOCAR İran İslam Respublikasında keçirilən 20-ci Beynəlxalq neft, qaz, emal və neft-kimya sərgisində xüsusi stendlə təmsil olunur. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Sərginin açılışında İran prezidentinin birinci müavini İshaq Cahangiri, neft naziri Bijən Namdar Zəngənə, İranın Milli neft şirkətinin prezidenti Rüknəddin Cavadi, parlament üzvləri və xarici şirkətlərin nümayəndələri iştirak ediblər. Mərasimdə neft naziri Bijən Namdar Zəngənə çıxış edib, İranın neft, qaz və neft-kimya sənayesinin əldə etdiyi uğurlardan danışıb.

SOCAR-ın stendi iştirakçılar arasında maraq doğurduğu, İranın Neft Nazirliyinin məsul işçiləri, bir sıra xarici şirkətlərin nümayəndələri və media nümayəndələri şirkətin son illərdə gördüyü işlər və əldə etdiyi nailiyyətləri böyük maraqla qarşıladıqları deyilir. Şirkətin Elm və texnika şöbəsinin rəisi Nazim Vəliyev və SOCAR-ın İran nümayəndəliyinin direktoru Oqtay Sadıqzadə stendin ziyarətçilərinə SOCAR-ın fəaliyyəti ilə bağlı geniş məlumat verib, sualları ətraflı cavablandırıblar.

20-ci İran Beynəlxalq neft, qaz, emal və neft-kimya sərgisində 1200-dən artıq yerli və 39 ölkədən 600 xarici şirkət iştirak edib.

Son xəbərlər

Orphus sistemi