SOCAR havaların soyuması ilə əlaqədar yeraltı qaz anbarları üçün nəzərdə tutulan qazı əhaliyə verir

SOCAR havaların soyuması ilə əlaqədar yeraltı qaz anbarları üçün nəzərdə tutulan qazı əhaliyə verir Son günlər havaların soyuması ilə əlaqədar əhaliyə verilən qazın miqdarı artıb
Energetika
21 Oktyabr , 2016 13:55
SOCAR havaların soyuması ilə əlaqədar yeraltı qaz anbarları üçün nəzərdə tutulan qazı əhaliyə verir

Bakı. 21 oktyabr. REPORT.AZ/ Son günlər havaların soyuması ilə əlaqədar əhaliyə verilən qazın miqdarı artıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neftin qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirib. R.Qurbanov qeyd edib ki,hazırda yeraltı qaz anbarlarına vurulan qazın həcmi azaldılıb və bu həcm əhaliyə verilir. Şirkətin vitse-prezidenti hazırda gündəlik ölkə üzrə əhaliyə 16-17 mln. kubmetr qaz verildiyini bildirib: "Baxmayaraq ki, ölkədə qış rejiminə keçid noyabrın 15-də olmalıdır, "Azəriqaz"ın sistemi qış rejiminə keçmək üzrədir".

O, ölkədə istehsal olunan qazdan əmtəəlik qaza düşən hissənin azaldılmasının səbəbindən danışaraq qeyd edib ki, bu, həm AÇG-də laylara vurulan qazın həcmi, həm də qışa hazırlıq məqsədilə yeraltı qaz anbarlarına qaz vurulması ilə əlaqədardır: "Ona görə əmtəəlik qaz azalıb".

Onun sözlərinə görə, hələ yeraltı qaz anbarlarına qazın vurulması mövsümü başa çatmayıb.

Son xəbərlər

Orphus sistemi