SOCAR "Günəşli" yatağının dayazsulu hissəsində yeni quyu qazacaq

SOCAR "Günəşli" yatağının dayazsulu hissəsində yeni quyu qazacaq Quyunun layihə dərinliyi 3 100 metr təşkil edir
Energetika
21 Avqust , 2014 10:48
SOCAR Günəşli yatağının dayazsulu hissəsində yeni quyu qazacaq

Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Günəşli" yatağının dayazsulu hissəsində yeni quyu qazacaq. 

Şirkətdən "Report"a bildirilib ki, artıq hazırlıq işlərinə başlanılıb: 353№-li bu quyu 14 saylı Stasionar Dəniz Platformasından qazılacaq. "Fasilə" Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3 100 metr təşkil edəcək. 

Quyudan sutkada 80 ton kondensat və 15 min kubmetr qaz hasil olunacağı nəzərdə tutulur. 

Qazma işlərini SOCAR şirkətinin "28 May" NQÇİ-nin sifarişi ilə Kompleks qazma işləri Tresti həyata keçirəcək. 

Qeyd edək ki, "Günəşli" yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR şirkətinin ümumi neft hasilatının 65%-ni təmin edir.

Son xəbərlər

Orphus sistemi