SOCAR "Günəşli" yatağında yeni quyu istismara verib

SOCAR "Günəşli" yatağında yeni quyu istismara verib Yeni quyuda gündəlik hasilat 6 ton kondensat və 120 min kubmetr qaz təşkil edir
Energetika
24 Sentyabr , 2014 07:53
SOCAR Günəşli yatağında yeni quyu istismara verib
Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR) aparılan geoloji tədbirlərdən sonra "Günəşli" dəniz yatağının dayazsulu hissəsində yeni quyu istismara verib.

"Report" SOCAR-dan alınan məlumata istinadən xəbər verir ki, 245 saylı quyu 13 saylı dəniz özülündən qazılıb. Quyuda aparılan geoloji tədbirlərdən sonra onun hasilatı sutkada 6 ton kondensat və 120 min kubmetr qaz təşkil edir.

Qeyd edək ki, "Günəşli" yatağı 1980-ci ildən işlənilir. Yataq SOCAR şirkətinin ümumi neft hasilatının 65%-ni təmin edir.

Son xəbərlər

Orphus sistemi