​SOCAR fevralda Kulevi terminalından 15 min ton neft ixrac edib

​SOCAR fevralda Kulevi terminalından 15 min ton neft ixrac edib İxrac olunan xam neftin həcmi 14 946 ton təşkil edib
Energetika
1 Mart , 2016 18:04
​SOCAR fevralda Kulevi terminalından 15 min ton neft ixrac edib

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin fevral ayında Kulevi terminalından (Qara dəniz, Gürcüstan) 14 946 ton xam neft ixrac edib.

Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci ilin mayında istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edir.

Son xəbərlər

Orphus sistemi