SOCAR estakadayanı meydançada yeni buraxılış kompleksini istismara verib

SOCAR estakadayanı meydançada yeni buraxılış kompleksini istismara verib Layihə üzrə iki ədəd avtomatik qazpaylayıcı qurğu quraşdırılıb
Energetika
19 Fevral , 2016 11:08
SOCAR estakadayanı meydançada yeni buraxılış kompleksini istismara verib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 444 saylı estakadayanı meydançasındakı qazpaylama məntəqəsinin yenidən qurulması işləri çərçivəsində 2-ci buraxılış kompleksini istismara verib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, kompleks “Neftqaztikinti” Tresti tərəfindən tikilib: "Bu, NQÇİ-nin estakadayanı meydançalarında fəaliyyət göstərən neft quyularının qazlift üsulu ilə təhlükəsiz istismarına zəmin yaradır. Texnoloji sxemə əsasən, layihə üzrə 2 ədəd avtomatik qazpaylayıcı qurğu quraşdırılıb".

Qeyd edilib ki, meydança üçün ayrılan qaz əvvəlcə separator blokunda separasiya olunur, sonra isə 5 ədəd “Bail-1” tipli elektrik qaz qızdırıcı qurğularından keçərək avtomatik qazpaylayıcı qurğuya daxil olur. 

"Burada hər quyunun tələbatına uyğun olaraq qazın sərfiyyatı tənzimlənir və estakadayanı meydançaya çəkilmiş ikidüyməli borular vasitəsilə müvafiq quyulara ötürülür. Avtomatik qazpaylayıcı qurğu vasitəsilə 16 quyunun fasiləsiz olaraq qaz-lift üsulu ilə işləməsi təmin olunacaq. Yeni qazpaylama sistemi istifadəyə verilməklə uzun müddətdən bəri istismarda olan 2 ədəd qazpaylama məntəqəsinin bir məntəqədə birləşdirilməsinə nail olunub. Həmin məntəqə müasir tələblərə və beynəlxalq standartlara cavab verən şərtlər əsasında tikilib", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi