SOCAR dənizdə yeni quyu qazıb

SOCAR dənizdə yeni quyu qazıb Azərbaycan Dövlət Neft Şirkəti "Neft Daşları" dəniz yatağında yeni quyunu istismara verib
Energetika
3 Oktyabr , 2014 08:59
SOCAR dənizdə yeni quyu qazıb
Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Neft Daşları" dəniz yatağında yeni quyunun qazılması işlərini tamamlayıb.

Şirkətdən "Report"a verilən məlumata görə, 2149 saylı quyu 2150 saylı platformadan qazılıb. Hazırda quyundan sutkalıq hasilat 15 ton neft təşkil edir. 

Qeyd edək ki, "Neft Daşları" yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton həcmində qiymətləndirilir ki, bunun da 182 mln. tondan çoxu hasil oluna bilən ehtiyatlardır.

Son xəbərlər

Orphus sistemi