SOCAR "Darvin bankası" yatağında əlavə 8 quyu qazacaq

SOCAR "Darvin bankası" yatağında əlavə 8 quyu qazacaq Artıq 4 quyu qazmaya tam hazır vəziyyətə gətirilib
Energetika
24 Avqust , 2016 16:34
SOCAR Darvin bankası yatağında əlavə 8 quyu qazacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağındakı 740 nömrəli stasionar dəniz özülündə əlavə 8 quyunun qazılması məqsədi ilə yenidənqurma işlərini davam etdirir.

“Report” SOCAR-a istinadən xəbər verir ki. quyuların layihə yerlərinin hazırlanması üçün material və avadanlıqların yerləri dəyişdirilib, əlavə 8 quyunun qazılması üçün qülləaltı yolların tirləri quraşdırılıb, quyu istiqamətləndiricilər vurularaq bərkidilib, döşəmədəki boşluqlar doldurulub. Quyuların qazılması üçün bütün lazımi işlər tamamlanıb. Hazırda qazma qülləsinin gətirilməsi gözlənilir. Artıq 4 quyu qazmaya tam hazır vəziyyətə gətirilib. Sonrakı mərhələdə 2 blokun, 3 aralıq seksiyasının, 1 minik meydançasının və 3 yanalma meydançasının quraşdırılması nəzərdə tutulur. Yeni qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 740 nömrəli özüldə hazırda mövcud olan 8 quyu istismardadır. Genişləndirmə işlərindən sonra buradakı quyuların sayı 16-ya çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi