​SOCAR-da tullantıların idarə olunması üzrə maarifləndirici tədbir keçirilib

​SOCAR-da tullantıların idarə olunması üzrə maarifləndirici tədbir keçirilib Keçirilmiş tədbirlər zamanı təqdim olunan mövzular ətrafında dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb
Energetika
10 İyul , 2015 15:44
​SOCAR-da tullantıların idarə olunması üzrə maarifləndirici tədbir keçirilib

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin Ekoloji ölçmə və tullantıların idarə olunması Departamentinin mütəxəssisləri tərəfindən Neft kəmərləri İdarəsinin Dübəndi, Abşeron və Qaradağ istehsalat bölümlərində maarifləndirici təqdimatlar keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Təqdimat tullantıların təsnifatı, daşınmasına nəzarət, rəng kodlarına uyğun yerləşdirilməsi, emal qurğuları, eləcə də neftin hasilatı zamanı tərkibində təbii mənşəli radioaktiv tullantıların yarandığı təqdirdə onlarla davranış qaydaları və digər mövzuları əhatə edib. Təqdimat zamanı dinləyicilərə SOCAR tərəfindən Tullantı Mərkəzində görülən işlər barədə məlumat verilib.

Qazma və neft şlamlarının zərərsizləşdirilməsi məqsədilə mərkəzdə müasir texnologiyalar əsasında hazırlanmış 2 ədəd vakuum-distillə qurğusu quraşdırılacaq.

Qeyd olunub ki, yaxın zamanlarda digər tullantıların da emalı və zərərsizləşdirilməsi üçün müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması nəzərdə tutulur. Keçirilmiş tədbirlər zamanı təqdim olunan mövzular ətrafında dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi