SOCAR-da Böyük Britaniyanın sabiq energetika naziri ilə görüş keçirilib

SOCAR-da Böyük Britaniyanın sabiq energetika naziri ilə görüş keçirilib Görüşdə ətraf mühitin mühafizəsi istiqamətində SOCAR-ın həyata keçirdiyi layihələr haqqında məlumat verilib
Energetika
3 İyun , 2016 14:02
SOCAR-da Böyük Britaniyanın sabiq energetika naziri ilə görüş keçirilib

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Avrasiya Tərəfdaşlar Təşkilatının sədri, Böyük Britaniyanın sabiq energetika naziri və Britaniya baş nazirinin Azərbaycanda xarici ticarət elçisi Çarlz Hendrini qəbul edib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, görüşdə ətraf mühitin mühafizəsi və qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılması istiqamətində SOCAR-ın həyata keçirdiyi genişmiqyaslı layihələr haqqında məlumat verilib. SOCAR-ın neft-qaz sektorunda icra etdiyi regional və qlobal layihələrlə bərabər Azərbaycan hüdudlarından kənarda təmsilçilik fəaliyyəti müzakirə edilib, gələcək əməkdaşlıq haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi