​SOCAR-da Bakı Buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi ilə bağlı görüş keçirilib

​SOCAR-da Bakı Buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi ilə bağlı görüş keçirilib Layihəni icra edən "Royal Haskoning" şirkəti ilkin qiymətləndirməni başa çatdırıb
Energetika
15 Dekabr , 2014 13:56
​SOCAR-da Bakı Buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi ilə bağlı görüş keçirilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində Bakı Buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması layihəsi ilə bağlı görüş keçirilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Görüşdə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, Şirkətin struktur bölmələrinin təmsilçiləri, Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri, eləcə də "Royal Haskoning" (Hollandiya) şirkətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na və Nazirlər Kabinetində 2011-ci il yanvarın 12-də keçirilmiş iclasın protokoluna uyğun olaraq icrası FHN-ə həvalə edilmiş Bakı Buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər, qarşılıqlı əməkdaşlıq və Bakı Buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər haqqında ətraflı məlumat verilib. Layihənin icrası bu sahədə böyük təcrübəyə malik olan "Royal Haskoning" şirkətinə həvalə edilib və şirkət vəziyyətin ilkin qiymətləndirilməsinin aparılması sahəsində nəticələrin artıq təqdim olunduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi