​SOCAR Ceyhan limanından 14,5 mln. tondan çox xam neft ixrac edib

​SOCAR Ceyhan limanından 14,5 mln. tondan çox xam neft ixrac edib Oktyabr ayında Ceyhan limanından 1,4 mln. tondan çox xam neft ixrac olunub
Energetika
2 Noyabr , 2015 16:26
​SOCAR Ceyhan limanından 14,5 mln. tondan çox xam neft ixrac edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 mln. 440 min 540 ton xam neft ixrac edib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin oktyabr ayından 12% az olub.

Bu ilin yanvar-oktyabr ayları ərzində isə Ceyhan limanından 14 mln. 549 min 129 ton xam neft ixrac edilib.

Bu göstərici isə ötən ilin müvafiq dövründən 16% azdır

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. barel neftdir. Kəmər 2006-cı ildən istifadədədir.

Son xəbərlər

Orphus sistemi