​SOCAR: "Çexiyalı mütəxəssisin boru kəmərinə kiberhücumla bağlı iddiaları həqiqətə uyğun deyil"

​SOCAR: "Çexiyalı mütəxəssisin boru kəmərinə kiberhücumla bağlı iddiaları həqiqətə uyğun deyil" "Qaz ixrac boru kəmərinə kiberhücum baş verməyib"
Energetika
8 İyun , 2016 11:30
​SOCAR: Çexiyalı mütəxəssisin boru kəmərinə kiberhücumla bağlı iddiaları həqiqətə uyğun deyil

Bakı. 8 iyun. REPORT.AZ/ "Çexiyalı mütəxəssisin Azərbaycanın qaz ixrac boru kəmərinə haker hücumu olduğu ilə bağlı iddiaları həqiqətə uyğun deyil". Bunu "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

Qeyd edək ki, Çexiyanın kibertəhlükəsizlik strategiyası konsepsiyasının müəllifi Ales Şpidla Azərbaycanın qaz ixrac boru kəmərinə haker hücumu olduğunu iddia edib. Onun iddiasına görə, hakerlər Azərbaycan qazını Gürcüstan üzərindən Türkiyəyə nəql edən boru kəmərinin (Cənubi Qafqaz Boru Kəməri) idarə olunması sisteminə müdaxilə edərək axının istiqamətini dəyişib və qazı Rusiyaya yönəldib.

Nizaməddin Quliyev vurğulayıb ki, belə hadisə baş verməyib. 

Son xəbərlər

Orphus sistemi