​SOCAR: ""Cənub Qaz Dəhlizi" layihəsinin 30%-i hazırdı"

​SOCAR: ""Cənub Qaz Dəhlizi" layihəsinin 30%-i hazırdı" R. Abdullayev təchizatçılarla müqavilə imzalandığını da deyib
Energetika
21 İyul , 2015 11:02
​SOCAR: Cənub Qaz Dəhlizi layihəsinin 30%-i hazırdı

Bakı. 21 iyul. REPORT.AZ/ Ümumi dəyəri 45 mlrd. dollar olan "Cənub Qaz Dəhlizi" (SGC) layihəsinin 30%-i hazırdır. "Report"un Almaniya mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R. Abdullayev təchizatçılarla müqavilənin imzalandığını da deyib: "Artıq 23 ölkədən 162 təchizatçı ilə 10 mlrd. avro dəyərində müqavilə bağlanıb. Hazırda 9500 nəfər adam layihə üzərində çalışır. Yeddi dənizaltı qurğu artıq inşa edilib. Gürcüstanda kompressor stansiyalarının tikintisi və boruların istehsalı tam sürəti ilə davam edir".

Xatırladaq ki, təməli 2014-cü ildə qoyulan SGC-nin ümumi uzunluğu 3500 km-dir. Yeddi ölkəni birləşdirəcək boru kəmərində beş il ərzində 30 mindən çox yeni iş yeri yaradılacaq.

Son xəbərlər

Orphus sistemi