​SOCAR bütün layihələri davam etdirir

​SOCAR bütün layihələri davam etdirir Rövnəq Abdullayev: "Bu layihələrin həyata keçirilməsində heç bir problem yoxdur"
Energetika
14 Sentyabr , 2015 14:11
​SOCAR bütün layihələri davam etdirir

Bakı. 14 sentyabr. REPORT.AZ/ Dünya bazarında neftin qiymətinin düşməsinə baxmayaraq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bütün layihələrin icrasını davam etdirir. 

"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib: "Bunlardan ən böyüyü - Cənub Qaz Dəhlizinə daxil olan bütün layihələr davam etdirilir. Bu layihələrin həyata keçirilməsində heç bir problem yoxdur".

R.Abdullayev qeyd edib ki, Türkiyədə inşa olunan "Star" neft emalı zavodunun tikintisi uğurla həyata keçirilir. Bu zavod vaxtında, 2017-ci ilin sonuna təhvil veriləcək və hazırda bütün işlər plana uyğun olaraq davam etdrilir.

İzmirin Əliağa bölgəsindəki "Petkim" yarımadasında "Petlim" limanının inşası layihəsinin ilk hissəsi artıq başa çatmaq üzrədir: "Bu layihənin də maliyyələşməsi başa çatıb. Bilirsiniz ki, limanın 30%-i "Goldman Sachs" şirkətinə satılıb. Bu da layihələrin gəlirli olması deməkdir".

SOCAR prezidenti Azərbaycanda da həyata keçirilən layihələrdə problem olmadığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi