​SOCAR büdcə ödənişlərini 18% artırıb

​SOCAR büdcə ödənişlərini 18% artırıb Dekabr ayında isə şirkətin dövlət büdcəsinə ödənişləri 70% artıb
Energetika
8 Yanvar , 2015 17:38
​SOCAR büdcə ödənişlərini 18% artırıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2014-cü ilin dekabr ayında dövlət büdcəsinə 148,309 mln. manat həcmində vəsait ödənilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bu, 2013-cü ilin dekabr ayı ilə müqayisədə 70,4% çoxdur. Ümumiyyətlə, 2014-cü il ərzində SOCAR tərəfindən büdcəyə 1 855,23 mln. manat ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,8% çox olub.

Bundan əlavə, ötən ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,706 mln. manat vəsait köçürüb. Ümumilikdə 2014-cü ildə şirkət tərəfindən DSMF-yə 141,24 mln. manat ödənilib.

Son xəbərlər

Orphus sistemi