​SOCAR bu il təyyarə yanacağının ixracını 28% artırıb

​SOCAR bu il təyyarə yanacağının ixracını 28% artırıb Azərbaycan bu il 56,5 min ton dizel yanacağı ixrac edib
Energetika
1 Oktyabr , 2015 17:44
​SOCAR bu il təyyarə yanacağının ixracını 28% artırıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2015-ci ilin sentyabr ayında 56 484 ton dizel yanacağı, 18 727 ton təyyarə yanacağı ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, dizel yanacağının ixarcı ötən ilin sentyabr ayından 32%, təyyarə yanacağının ixracı isə 2% az olub.

Ümumilikdə, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 707 282 ton dizel yanacağı, 178 194 ton təyyarə yanacağı və 280 ton soba mazutu ixrac edilib.

Dizel yanacağının ixracı ötən ilin müvafiq dövründən 0,79%, soba yanacağının ixracı 32% azalıb, təyyarə yanacağının ixracı isə 28% artıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 502,77 dollar, təyyarə yanacağının 466,90 dollar, dizel yanacağının 449,25 dollar, 1% kükürdlü mazutun isə 220,76 dollar olub.

Son xəbərlər

Orphus sistemi