​SOCAR bu il Rusiyadan neft ixracını 43% artırıb

​SOCAR bu il Rusiyadan neft ixracını 43% artırıb İyul ayında isə Novorossiysk limanından xam neft ixracı 98% artıb
Energetika
3 Avqust , 2015 13:38
​SOCAR bu il Rusiyadan neft ixracını 43% artırıb

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin iyul ayında Supsa limanından 84 736,314 ton xam neft ixrac edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 74,7% azdır. 

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu il iyulunda Ceyhan limanından 1 196 306,919 ton xam neft ixrac edilib və bu, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 27,7% azdır. 

Hesabat ayında Novorossiysk limanı ilə 2014-cü ilin iyulu ilə müqayisədə 97,8% çox, yəni 167 711,355 ton neft satışı həyata keçirilib.

Ümümilikdə, yanvar-iyul ayları ərzində Novorossiysk limanından 845,758 min ton yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 42,6% çox, Supsa limanından 1 609,637 min ton və ya 9,9% az xam neft ixrac edilib.

Ceyhan limanından ixrac edilən xam neftin həcmi isə ötən ilin yanvar-iyul aylarına nisbətən 13,1% azalaraq 10 400,254 min tona düşüb. 

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövləti, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Son xəbərlər

Orphus sistemi