SOCAR bu il Gürcüstanda 5 yeni yanacaqdoldurma məntəqəsi inşa edəcək

SOCAR bu il Gürcüstanda 5 yeni yanacaqdoldurma məntəqəsi inşa edəcək Bu il 5 yeni məntəqənin inşası, 4 məntəqənin isə yenidən qurulması nəzərdə tutulub
Energetika
13 Fevral , 2015 15:10
SOCAR bu il Gürcüstanda 5 yeni yanacaqdoldurma məntəqəsi inşa edəcək

Bakı. 13 fevral. REPORT.AZ/ “SOCAR Energy Georgia” MMC bu il Gürcüstanda daha 5 yanacaqdoldurma məntəqəsinin inşasını reallaşdıracaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hazırda qonşu ölkədə “SOCAR” brendi altında 112 yanacaqdoldurma stansiyası, bundan başqa, 1 ədəd qazdoldurma məntəqəsi fəaliyyət göstərir.

Bu il daha 5 məntəqənin tikilib istifadəyə verilməsi, 4 məntəqədə isə yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Xatırladaq ki, ötən il Gürcüstan bazarına ümumilikdə 314,7 min ton həcmində neft məhsulu idxal edilib, bunun da 288,5 min tonu Azərbaycan mənşəli məhsulların payına düşüb. 

Son xəbərlər

Orphus sistemi