​SOCAR bu il büdcəyə 563 mln. manat ödəyib

​SOCAR bu il büdcəyə 563 mln. manat ödəyib Şirkət Dövlət Sosial Müdafiə Fonduna ödənişləri 9% artırıb
Energetika
13 İyun , 2016 13:31
​SOCAR bu il büdcəyə 563 mln. manat ödəyib

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin may ayında dövlət büdcəsinə 117,806 mln. manat vəsait ödənilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında büdcəyə 562,781 mln. manat ödənilib.

Bundan əlavə, bu ilin may ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,251 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin mayı ilə müqayisədə 1,003 mln. manat və ya 8,9% çoxdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-may aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 57,359 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi