SOCAR bu il 60 min metrdən çox qazma işi aparıb

SOCAR bu il 60 min metrdən çox qazma işi aparıb Ötən ay 8 401 qazma işi görülüb
Energetika
2 Avqust , 2016 14:08
SOCAR bu il 60 min metrdən çox qazma işi aparıb

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 2016-cı ilin iyul ayı ərzində 8 401 metr qazma işi həyata keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ötən ay həyata keçirilən qazma işlərinin həcmi illik müqayisədə 8,6% az olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-iyul aylarında SOCAR üzrə (MM və ƏŞ-lər istisna olmaqla) 61 681 metr (illik 1,5% azalma) qazma işi görülüb ki, bunun da 60 464 metri istismara, 1 217 metri isə kəşfiyyata aid olub. 

Bundan əlavə, iyul ayı ərzində qazmadan alınmış 9, ilin əvvəlindən isə 35 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi