SOCAR bu il 42 min metrdən çox qazma işi həyata keçirib

SOCAR bu il 42 min metrdən çox qazma işi həyata keçirib Mayda bu il ilk dəfə kəşfiyyata aid qazma işi görülüb
Energetika
6 İyun , 2016 15:28
SOCAR bu il 42 min metrdən çox qazma işi həyata keçirib

Bakı. 6 iyun. REPORT.AZ/ Bu ilin may ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 10 453 metr qazma işi həyata keçirilib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin may ayından 3% azdır.

Bu sahədə görülmüş işlərin 10 184 metri istismara, 269 metri isə kəşfiyyata aid olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-may aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 42 493 metr qazma işi görülüb ki, bunun da 42 224 metri istismara, 269 metri isə kəşfiyyata aid olub.

Bu il görülən qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 3% az olub. Bundan əlavə, mayda qazmadan alınmış 5, ilin əvvəlindən isə 19 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi