SOCAR bu il 4,7 mlrd. kubmetr qaz hasil edib

SOCAR bu il 4,7 mlrd. kubmetr qaz hasil edib Sentyabrda 482 mln. kubmetr qaz hasil olunub
Energetika
21 Oktyabr , 2016 16:42
SOCAR bu il 4,7 mlrd. kubmetr qaz hasil edib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-sentyabr aylarında 4 706,5 mln. kubmetr qaz hasil edib.

“Report” SOCAR-ın statistik məlumatlarına əsasən xəbər verir ki, bu ilin ilk 9 ayında hasil olunan qazın 481,8 mln. kubmetri sentyabr ayının payına düşüb.

Hesabat dövründə hasil edilən qazın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8,8%, sentyabrda hasil olunan qazın həcmi isə ötən ilin müvafiq ayından 17% azdır.

Son xəbərlər

Orphus sistemi